Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dağıdıcı zəlzələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla əlaqədar sizə dərin hüznlə başsağlığı veririk”, - deyə V.Putinin ünvanlandığı mətndə qeyd olunub.
Qeyd edək ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Son məlumata görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.