Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Boyəhməd və Teyvaz kənd mərkəzlərində seçiciləri ilə növbəti görüşlərini keçirib.

Görüşlərdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov da iştirak edib.

Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı Boyəhməd kəndində şəhid Quliyev Rəqib Telman oğlunun və Ləkətağ kəndində şəhid leytenant Əliyev Babək Əsgər oğlunun məzarlarını da ziyarət edib.