Vurulan piyada yolun əks istiqamətindəki maşına çırpıldı

Nizami rayonunda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.

Hüseynov Emil Hüseyn oğlu idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə yolu keçən 42 yaşlı piyada Vüsal Cəfərovu vurub. Zərbənin gücündən piyada yolun əks istiqamətində hərəkət edən minik avtomobilinə çırpılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.