Xaçmazda evi yararsız vəziyyətə düşən ailə üçün çadır qurulub

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Tel kənd sakini Naibə İsayevaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə Sabahinfo.az-a FHN-in Mətbuat ximətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Tel kənd sakini N.İsayeva üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.