Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Elman Qasımov və Bənövşə Abasova saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Xaçmaz RPŞ tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Nurlan Məmmədov saxlanılıb. Həmin şəxsdən bükülülərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elman Qasımovun və Nurlan Məmmədovun barələrində həbs qətimkan tədbiri, Bənövşə Abasovanın barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.