Xalq-dövlət həmrəyliyi həmişə olacaq

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb ol¬du. Ermənistan başladığı ədalətsiz müharibə nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olundu. Beynəlxalq təşkilatların bu sıradan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistan regionda status-kvonu saxlamaq istəyirdi. Azərbaycan buna imkan vermədi. Bu səbəbdən Azərbaycan ictimaiyyəti öz döğma dədə-baba torpaqlarını işğaldan azad etmək üçün müharibəyə də hazır idi...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri genişmiqyaslı təxribatlar tö¬rətmək məqsədilə işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücum etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi kimi davam etdi...
Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.
Bu məğlubiyyətlə barışmaq istəməyən Ermənistanda revanşist siyasət manipulyasiya vasitəsinə çevrildi. Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən işğalçı dövlətdə müəyyən qüv¬vələrin təhriki ilə siyasi vəziyyəti hərbi vəziyyətlə əvəzləmə meyli indi də güclənməkdədir. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın revanşist niyyətindən əl çəkmədiyinin təsdiqidir. Bu niyyət təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükə yaradır. Belə niyyətlər onu da təsdiqləyir ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaradılması destruktiv qüvvələrin istəyincə deyil. Digər tərəfdən, hadisələr onu da təsdiqləyir ki, Ermənistan dövlət olaraq, Ermənistan ərazisi ərazi ola¬raq regionda gərginlik yaratma vasitəsidir. Maraqlıdır: “ sülh“ün ali  və ümumbəşəri dəyər olduğunu çox yaxşı bilən beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət Ermənistanı nəyə görə sülhə tam ciddiyətiylə çağırmır? Nəyə görə Ermənistan ciddi şəkildə qınanmır?
Ermənistan həm işğalçı, həm də millətçi dövlət olduğunu özü istəmədən, xarici siyasə¬tiy¬lə, başlıca olaraq Azərbaycana münasibətilə təsdiqləyir. O, həm hərbi cinayətkar, həm də terror¬çu ölkə kimi tanıdılmalıdır. 13 sentyabr hadisələri təsdiqləyir ki, rəsmi İrəvan mina xəritə¬lə¬rini məhz belə təxribatları törətməyə vasitə bilir və onu bu səbəbdən vermir, yəni mina xəri¬tə¬ləri də emənilik ideologiyasına, ermənilik niyyətinə hesablanıb. Rəsmi İrəvan mina xəritə¬lə¬rini vermirsə, bəşəriliyə düşmənçilik edirsə, əlbəttə ki, çox ciddi səviyyədə qınanmalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Hətta bu qınaq sanksiyalarla da nəticələnməlidir.Ermənistan belə təxribatlarla Avropanın enerji təh¬lü¬kəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına çalışır. Bu baxımdan Er¬mənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır. Bunun nəticəsidir ki, rəsmi İrəvanın təxribatları, bu sıradan hərbi təxribatları regionda yeni münaqişə və terror aktları ehtimalını ar¬tırır. Belə bir şəraiti hansı dövlətlər arzulayır və istəyir? – təxribatlara biganə qalan, onlara “göz yuman”, regionun inkişafını istəməyən qüvvələr. Onlar niyə unudurlar ki, Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. 13 sentyabrda baş verən təxribatlar təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçündür...
Dünya ictimaiyyəti də, dünyanın aparıcı dövlətləri də, Ermənistanı dəstəkləyən dövlətlər də unutmasınlar ki, təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır...
Cari ilin 27 iyununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəl¬bə¬cər rayonunda komando hərbi hissəsinin açılışında demişdi: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabrda  törədilən təxribatlar bir daha onu göstərir ki, Prezident cənab İlham Əliyevin hərbi quruculuq istiqamə¬tin¬də atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.
Xalq-dövlət birliyi sentyabrın 13-də həmrəylik, siyasi sabitlik kimi yaşanıldı. Bu, təxri¬bat¬sız illərdə də belə olacaq...
Sağlam məntiq təsdiqləyir ki. sentyabrın 13-də baş verən təxribatlar ATƏT-in Minsk qrupunu dirçəltmək, yenidən tarix arenasına çıxarmaq istəyinin təzahürüdür. Bu təxribat həm də sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təş¬kilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərin artırılmasına hesablanmışdı. Ancaq nəticəsiz qaldı...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı