
O deyib ki, Həmsdərlərin son səfərinə toxunan XİN başçısı bildirib ki, ilk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır:"Azərbaycan məcburi köçkünlərin qayıdışı zamanı görüləcək işlərlə bağlı Dünya Bankı ilə birgə layihə hazırlayıb. Ancaq Ermənistanla da bu məsələləri danışmalıyıq. İlk növbədə Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Ona görə də atəşkəsin pozulması hallarından danışarkən həmsədrlərdən tələb edirik ki, söhbət ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından getməlidir. BMT, ATƏT, və digər beynəlxalq qurumların bu barədə qətnamələri, qərarları var. Bəzi qətnamələr, qərarlar qəbul olunmamış icra olunur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təəssüf ki, biz bunu görmürük. Ermənistanın da regional layihələrə qoşulmasını istəyir. Amma Ermənistan öz siyasəti ilə özünü küncə sıxır. Ermənistan regionda faydalı iş qurmaq istəyirsə, Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır”.