“Xüsusi qayğıya ehtiyacı olan ailələrdə qadınların peşə təhsilinin gücləndirilməsi” keçirilməsi layihəsi - FOTOLAR

“Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi üçün “Xüsusi qayğıya ehtiyacı olan ailələrdə qadınların peşə təhsilinin gücləndirilməsi” keçirilməsi layihəsininin icra edir.

Məlumat üçün qeyd edək ki, layihənin fəaliyyət planına əsasən iyun ayından başlayaraq avqust ayının sonuna qədər Bakı və Gəncə şəhərlərində xüsusi qayğıya ehtiyacı olan ailələrdə qadınlara peşəkar təlimçilər tərəfindən qadın bərbəri və aşpazlıq kimi müxtəlif peşə sahələrinin öyrədilməsi istiqamətində təlimlər keçiriləcək.

 Layihənin məqsədi peşə təhsilini təbliğ etməkdir. Həmçinin İB-in sədri Vüsalə Əliyevan qeyd edib ki, müxtəlif peşə təlimləri keçməklə göstərmək istəyirik ki, peşə təhsili xüsusi qayğıya ehtiyacı olan ailələrdə qadınlara necə müsbət təsir edir. Peşə təhsili onların özünə inam hissini qazandırmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

Layihənin icrası dövründə keçirilən təlimlər vasitəsilə xüsusi qayğıya ehtiyacı olan ailələrdə qadınlar müxtəlif peşə sahələrini öyrənmiş olacaqlar və peşə öyrənməklə gələcəkdə iş tapmaları üçün imkanların yaranması üçün ilkin addımlar atılacaq, əlaqələr qurmağı öyrənəcəklər, informasiya əldə edəcəklər, özlərini tək, təcrid olunmuş hiss etməyəcək.