“Xüsusi Qorunan Ərazilərdə quşların tədqiqi” layihəsi davam edir

Xəbər verildiyi kimi, Azərbaycan Ornitoloji Cəmiyyəti 1 iyundan başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi Qorunan Ərazilərdə quşların tədqiqi” layihəsini icra edir. Lahiyə çərçivəsində  6-7 iyul 2024 tarixdə 3-cü tədbir keçirilib. AOC-nin sədri Elçin Sultanov, təlimçi Fərid Ağabalayev və expert ornitoloq Səidə Səmədovanın rəhbərliyi altında, eləcə də qoruğun rəhbərliyi və işçilərininin iştirakı ilə Türyanşçay qoruğunda Azərbaycanın Qırmızı Kitabına salınmış ağkərkəsin və xalq tərəfindən qorunan insana yaxın yerlərdə yuvalayan ağ leyləyin yuvalarını qeydə almışdırlar, yuvaların koordinatalrı götürülmüşdür və təsviri hazırlanmışdır. Alınan nəticələr Ekologiya və Təbii Sərvətlər nazirliyinə göndəriləcək və elmi məqələlərin yazılmasında istifadə olunacaq (şəkillərdə: ağkərkəs yuvası, qeydə alınma prosesi, ağ leylək yuvası).