XXI əsrin LİDERİ

Azərbaycanın müstəqilliyinin qorunması, inkişafı və suverenliyinin təmini məhz ümumilli lider Heydər Əliyev siyasəti sayəsində baş verib. Regionda və beynəlxalq aləmdə güclü və etibarlı bir tərəfdaş kimi tanınan Azərbaycanın uğurlu inkişafı üçün möhkəm və dayanıqlı təməlində uğurlu siyasətlə yanaşı bu siyasəti reallaşdıran liderlə mümkün olmuşdur. Prezident İlham Əliyevin 2003-2024-cü illər ərzindəki yorulmaz fəaliyyəti və strateji rəhbərliyi Azərbaycanın müstəqil, güclü və tərəqqi edən bir dövlət olaraq dünya miqyasında hörmətlə qarşılanmasına və mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu illər ərzində əldə olunan nailiyyətlər Azərbaycanın qlobal arenada artan nüfuzunu və beynəlxalq münasibətlərdəki təsirini daha da gücləndirmişdir.

Prezident İlham Əliyev 21 illik fəaliyyəti dövründə Azərbaycanın sürətli inkişafı və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində misilsiz işlər görmüşdür. Onun rəhbərliyi ilə iqtisadiyyat daha da güclənmiş, regional və qlobal miqyasda Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmış, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda qazanılan zəfərlər dövlətçilik tariximizin ən şərəfli səhifələrini təşkil etmişdir.

Ötən dövrdə ölkəmizdə həyata keçirilən enerji siyasəti həm daxili, həm də xarici siyasət baxımından mühüm təsirə malik olaraq Azərbaycanın dünya enerji bazarlarında etibarlı tərəfdaşa çevrilməsini təmin etmişdir. Bu sahədə əldə olunan uğurlar, reallaşdırılan strateji yanaşmalar yalnız ölkənin iqtisadi inkişafının əsas dayağını təşkil etməklə kifayətlənməmiş, eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasında da əhəmiyyətli bir vasitə olmuşdur. Ən mühüm nailiyyətlərdən biri ölkənin zəngin karbohidrogen ehtiyatlarının qlobal bazarlara çıxarılması məqsədilə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi olmuşdur. Bunun nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanı enerji təhlükəsizliyinin təminatçısı kimi qlobal arenada tanıtmışdır. Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazını Avropaya nəql etməklə qitənin enerji təhlükəsizliyinə böyük töhfə vermiş və bu strateji layihə həm də dövlətimizin enerji sahəsindəki mövqeyini gücləndirmişdir.

Bu gün Böyük Qayıdış Proqramı Qarabağ və Şərqi Zəngəzurun bərpasını və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə hazırlanmış irimiqyaslı və çoxşaxəli dövlət strategiyasıdır. Bu proqram çərçivəsində həmin bölgələrin təhlükəsizliyinin təmin olunması məqsədilə genişmiqyaslı minatəmizləmə işləri aparılır ki, bu da həm qayıdış prosesinin sürətləndirilməsi, həm də iqtisadi fəaliyyətlərin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial obyektlər inşa olunur, ərazilərdə yüksək keyfiyyətli infrastruktur yaradılaraq sakinlərə müasir yaşayış şəraiti təmin edilir.

Dövlətimizin başçısı beynəlxalq əməkdaşlığı daha da gücləndirərək Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini təmin etmişdir. Bu, ölkəmizin inkişafı və dünya arenasındakı mövqeyini daha da möhkəmləndirən əhəmiyyətli bir addım olmuşdur. D-8 inkişaf etməkdə olan ölkələrin birliyini təmsil edən və üzv dövlətlər arasında iqtisadi və ticarət əlaqələrini gücləndirməyə yönəlmiş beynəlxalq bir təşkilatdır. Azərbaycan bu təşkilatla əlaqələrini daha da dərinləşdirərək ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq imkanlarını genişləndirmiş və bu yolla yeni strateji tərəfdaşlıqlar qurmuşdur. D-8 təşkilatına üzv olmaq Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunu və qlobal inkişafda iştirakını daha da artıracaq, ölkənin gələcək inkişafına mühüm bir təkan verəcəkdir.

Allahdan cənab prezidentə can sağlığı, uzun ömür, ailəsində hər zaman firavan yaşamağı arzu edirəm. Yaxşı ki, varsınız. Azərbaycanın dirçəlməyində, Azərbaycan xalqına böyuk zəhmətiniz var. 

Mən Tarverdiyev Davud Sabir oğlu həyatda nə gözəlliklər var, Allaha xoş gedən gözəl əlamətləri sizə arzu edirəm. Hər bir vətəndaş kimi biz də sizin xalqımıza qarşı həyata keçirdiyiniz uğurlu siyasəti hər zaman görmüşük. Bir daha sizə uzun ömür, can sağlığı arzulayıram.

Hörmətlə iş adamı Davud