YAP-ın qurultayının nə zaman keçiriləcəyinə aydınlıq gətirilib.
“Siyasi partiyalar haqqında” yeni qanunla əlaqədar Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsinə zərurət yoxdur.
Adalet.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
T.Budaqov qeyd edib ki, YAP-ın nizamnaməsi və proqramı yeni qanunvericiliyə də uyğundur.
“Seçkilərdən öncə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək”, - deyə o əlavə edib.