2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan təşviqat qrupunun üzvü Elmar Xəlilov seçkilərin ölkəmizin demokratik inkişafında əhəmiyyəti barədə fikirlərini bildirib. Yeni Azərbaycan Partiyasının növbədənkənar seçkilərə ciddi hazırlaşdığını söyləyən E.Xəlilov qeyd edib ki, YAP bütün digər seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanmaq əzmindədir.
Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. E.Akimova ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi imzası olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin Liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub, tarixi reallıqlar Azərbaycan xalqının nə qədər doğru seçim etdiyini göstərir.
Görüşdə çıxış edən seçicilər sentyabrın 1-də seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıb.