YAP ölkəmizin inkişafında müstəsna rol oynayır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzən rayon Mədəniyyət Evində şəhid ailələri və müharibə iştirakçıları ilə görüşü keçirilib.

 

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

 

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası böyük uğurlara imza atıb. 

 

Çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli əvvəlcə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Qazanılan tarixi uğurlar fonunda M.Məmmədli seçiciləri 1 sentyabr – növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin şəhid atası Tağı Ağayev, şəhid ailəsinin üzvü Hüseynbala Heybətov, qazi Cavid Abdinov və digərləri çıxış ediblər. Çıxışçılar dövlətimizin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan söz açaraq bu yöndə aparılan siyasətin yüksək qiymətləndirildiyini vurğulayıblar.

Həmin gün Siyəzən rayonu ziyalıları və ağsaqqaları ilə də görüş keçirilib. Görüşdə parlament seçkilərinin önəmindən bəhs edilib, seçicilərin Yeni Azərbaycan Partiyasının namizədinə səs vermələri üçün çağırış edilib.

Çıxış edən Nəcməddin Mürvətov, Təbrik Quliyev, Vaqif Qəhrəmanov uğurlarımızın davamı naminə seçicilərin parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.