Yaponiya 19 ildən sonra ilk dəfə olaraq Kuril adalarını qanunsuz işğal olunmuş ərazi adlandırıb.
Bu barədə hesabat ölkənin Nazirlər Kabinetinin iclasında təqdim edilib.
Təqdimatda qeyd olunur ki, Kuril adalarının cənub hissəsi “Diplomatiyanın Mavi Kitabında” Rusiya tərəfindən qanunsuz işğal olunmuş ərazidir.
Sənəddə digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarla beynəlxalq nizamın əsaslarına meydan oxuduğu ifadəsi də yer alıb.
Mənbə: Kyodo