Yaponiya hökuməti pandemiya zamanı əhaliyə dəstək çərçivəsində ailələrə 18 yaşınadək hər uşağa 100 min yen (təxminən 880 dollar) müavinət ayırmağa qərar verib.
Trend-in məlumatına görə, bu barədə Yomiuri qəzeti xəbər verib.
Məlumata əsasən, bu birdəfəlik ödənişlər gəlir səviyyəsindən asılı olmayaraq uşaqlı bütün ailələrə ödəniləcək.
Bildirilib ki, hakimiyyət noyabrın 19-da yeni maliyyə yardımı paketini rəsmən elan edəcək.
Yaponiya hökuməti ölkənin hər bir sakininə 30 min yen (265 dollar) məbləğində bal verilməsi imkanını da nəzərdən keçirir. Söhbət dövlət identifikasiya nömrələri sistemindən gedir ki, bu sistemdə müxtəlif məhsul və xidmətlərə görə ödəniş etmək olar.