Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe insanlar qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
Hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Siyasətçiyə hücum edən şəxs saxlanılıb.
Həkimlərin məlumatına görə, Şinzo Abenin ürəyi dayanmış vəziyyətdədir, həyat əlaməti yoxdur.