Amerikanın ən qocaman həftəlik nəşrlərindən biri olan "Newsweek” jurnalı "Rusiya Azərbaycanı və Ermənistanı silahlandırır" başlıqlı yazı dərc olunub. Məqalənin müəllifi Felicity Capon yazıb ki, Dağlıq Qarabağda döyüşlərin qızışmasının ardınca təhlilçilər iki ölkə arasında "müharibənin təsadüfən başlayacağı" barədə xəbərdarlıq edirlər. Onların fikrincə, hətta Rusiya münaqişədən regionda gücünü artırmaq üçün yararlana bilər." Müəllif bu ilin əvvəlindən münaqişədə azı 10 nəfərin həlak olduğunu yazır. Ekspertlər bu il regionda vəziyyətin pisləşməsinə diqqət çəkirlər. Təkcə yanvarda atəşkəsin 5 min dəfə pozulduğu bildirilir. Ermənistandan olan siyasi şərhçi Riçard Kirakosyan qəzetə deyib ki, o, təsadüfi müharibənin başlaya biləcəyindən, kiçik atışmaların nəzarətdən çıxacağından narahatdır. İtki sayı ərazi, coğrafiya ilə tərs mütənasibdir, belə ki, atışmalar adətən yayda qızışır: "Bir neçə aya atışma daha da artacaq və qızğın döyüşlər başlayacaq." Onun sözlərinə görə, tərəflər daha çox silahdan istifadəyə meyllidir. Azərbaycan və Ermənistan dünyada ən çox silahlanmış 10 ölkə sırasındadır. Rusiya hər iki tərəfi silahla təchiz edən əsas ölkədir. Bir tərəfdən Ukrayna böhranı, digər tərəfdən Gürcüstanla münasibətlərini nəzərə alsaq, ekspertlər Rusiyanın regionda gücünü möhkəmləndirmək üçün daha riskli hərəkətə yol verməsindən narahatdırlar. R.Kiraqosyan vurğulayıb ki, Rusiya üçün ən yaxşısı status-kvonun saxlanmasıdır: nə hərb, nə sülh. Ancaq Putin rıçaq əldə etmək üçün döyüşləri qızışdıra, sülhməramlı yerləşdirə bilər. Ukrayna hadisələri göstərdi ki, Moskvadan rasional hərəkət gözləməyə dəyməz. Digər tərəfdən, məqalədə qeyd olunur ki, Azərbaycan mətbuatı ABŞ-ın Dağlıq Qarabağ rejimini silahlandırdığını yazıb. Erməni şərhçi bununla bağlı deyib ki, Amerika əvvəllər də yardım edib, son iki ildə isə yadıma nəzarət mümkün olmadığı üçün dayandırılıb.