Tayvan növbəti pandemiyanın episentri ola bilər.
Bu fikri İsveçrə Mətbuat Klubunun Cenevrədə təşkil etdiyi mətbuat konfransı zamanı adanın səhiyyə naziri Syue Tszuy-yuan deyib.
“Qorxuram ki, Tayvan növbəti pandemiyanın episentri olacaq. Bunun bütün dünya üçün dəhşətli nəticələri gözlənilir”, - deyə qurumun rəhbəri bildirib.
Onun belə bir proqnoz verməsinin səbəbləri açıqlanmır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasının statusunu, mayın 11-də isə dünyada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimini ləğv edib.