Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - YENİ TƏYİNAT

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

Sabahinfo.az Manset.az-a istinadən bildirir ki, R.Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib. 

Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.