Yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Sabahinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 11-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.