Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Qlobal Cənubi Koreya təqaüd proqramının qalibi, Bakı Mühəndislik Universitetinin tələbəsi Nuriyeva Sevinc Hüsəynəli qızı ilə görüşüb. Cənubi Koreyanın nüfuzlu ali məktəbinin tələbəsi adını qazanması münasibətilə onu təbrik edərək universitetdə əla qiymətlərlə oxumasını, müstəqil Azərbaycanın adını, şərəfini həmişə uca tutmasını arzulayıb. Qazandığı uğurun digər lerikli gənclər üçün də motivasiya olduğunu və dövlətimiz tərəfindən həmişə istedadlı gənclərə dəstək göstərildiyini bildirib.
İcra baçısı təhsil sahəsində əldə etdiyi nailiyyətə görə tələbə qızı Təşəkkürnamə və hədiyyə ilə mükafatlandırıb.
Sevinc Nuriyeva icra başçısna təşəkkür edib göstərilən etimadı layiqincə doğruldacağını, təhsilini başa vurandan sonra Vətənə qayıdıb ixtisası üzrə işləyəcəyini bildirb.
Elnarə Həziyeva