Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos Türkiyənin zəlzələdən zərər çəkmiş Hatay bölgəsinə gedib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi rəsmi “Twitter“ səhifəsində yazıb.
Qeyd olunub ki, yunan nazir Türkiyəyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə gedib.
Nazirlər helikopterlə zəlzələ bölgəsinə baxış keçiriblər.