“Yurdum” inklüziv icmasında benefisiarlar kulinariya bacarıqlarını yoxladı

Humayun QHT tərəfindən icra edilən “Yurdum” sosial eko-kənd layihəsi 18 yaş və yuxarı əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olur. 31 oktyabr tarixində icmada kulinariya vörkşopu təşkil edilib. İştirakçılar müxtəlif fiqurlardan istifadə edərək dadlı kurabiyələr hazırlayıblar. Məqsəd yalnız mətbəx bacarıqlarını inkişaf etdirmək deyil, həm də xüsusi qayğıya ehtiyacı olan insanların sosiallaşmasını və özünəinamını artırmaq idi. Belə vörkşopların təşkili onların yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı, sosial inteqrasiyasına və özünəinam hisslərinin artırılmasına da kömək edir. Layihə təşkilatçıları vurğuladılar ki, kulinariya fəaliyyəti insanlar arasında əməkdaşlığı gücləndirir və onların özlərini cəmiyyətin bir hissəsi kimi hiss etməsinə dəstək olur. Sonda iştirakçılar öz hazırladıqları kurabiyələri ailələri ilə bölüşərək, bu unudulmaz təcrübəni çay süfrəsində qeyd etdilər.