“Yurdum” sosial eko-kənd layihəsi çərçivəsində master-klas keçirilib

Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən həyata keçirilən ""Yurdum" sosial eko-kənd layihəsi"nin icrası davam edir.

Layihə çərçivəsində "Yurdum"da mütəxəssislər tərəfindən 3 sentyabr 2024-cü il tarixində "Praktik menyu və ipoallergik qlütensiz fikirlər" adlı master-klas təşkil edilib.

Master-klasın əsas məqsədi valideynlərə və digər qəyyumlara ASP olan gənclər üçün xüsusi menyunu başa düşmək və inkişaf etdirməyə kömək etmək idi.

Master-klass zamanı qlütenə həssas benefisiarlar üçün ətraflı şəkildə izah edilmiş xüsusi menyu təqdim olunub və daha sonra "Yurdum"un mətbəxində bişirilib.

Qeyd olunub ki, autizm spektr pozuntusu (ASP) olan gənclər tez-tez sosial ünsiyyət və qarşılıqlı əlaqə, məhdud və ya təkrarlanan davranışlarla bağlı problemlər yaşayırlar.

"Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi həyata keçirilən "Yurdum" sosial eko-kənd" layihəsinin koordinatoru həkim Zarema Yaqizarova autizmli uşaqlar arasında qida allergiyasının digər normal uşaqlara nisbətən iki dəfədən çox rast gəlindiyini bildirib.

"Autizmli uşaqlarda dəri və tənəffüs yolları allergiyası daha çox olur. Bir çox xüsusi qayğıya ehtiyacı olan uşaqların parlaq işıqlara, müəyyən səslərə, qoxulara və dadlara qarşı həssaslığı var. Bu, duyğulardan yayınma ilə nəticələnir - insanların çoxunun asanlıqla kənarlaşdıra biləcəyi stimullardan qaçmağa çalışır"-deyə, o, bildirib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilmiş "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı tenderin qalibi olub.