Zahid Oruc: "Azad torpaqlarda çalışanlar üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir”

Palatanın fəaliyyəti təkcə büdcəyə rəy verilməsi və Hökumətin fəaliyyətinə nəzarətin həyata keçirilməsi deyil, eləcə də ali audit orqanı olaraq, Parlamentin-deməli, xalqımızın iradəsini ifadə edən təmsilçilik hakimiyyətinin konstitusion səlahiyyətlərinin birbaşa həyata keçirilməsinə xidmət edir. 

Əminliklə demək olar ki, Hesablama palatası peşəkarlıq səviyyəsinə görə institusional orqana çevrilib, hazırlanan rəylər obyektivdir, informativdir, beynəlxalq audit meyarlarına tam cavab verir, o cümlədən, sözügedən qurumun ilk yarandığı dövrdə yaşanan arzuolunmaz praktikanı-bəəzn audit təmsilçiləri müvafiq hökumət orqanlarının binasına buraxmamaq hallarını bir daha xatırladıqda müqayisə olunmayan böyük inkişaf yolu keçilmişdir.  

Digər tərəfdən, ictimai və media vasitəsilə təzyiq amillərini, vəzifə mövqeyindən təsir və çəkindirmə mexanizmlərini nəzərə aldıqda  Palatanın çoxşaxəli fəaliyyətinin dövləti və milli mənafelərimizə cavab verən, eləcə də maliyyə məsuliyyətini artıran və üç mühüm prinspin-səmərəlilik, uyğunluq, maliyyə auditi meyarlarına tam cavab verdiyini söyləmək olar. Ona görə də Palatanın rəhbəri hörmətli Vüqar Gülməmmədov başda olmaqla qurumun kollektivinə Milli Məclisin  xalq qarşısında mövqeyini gücləndirən fəaliyyətinə görə təşəkkür edirik.
 
Ötən günlərdə Komitədə Hesabatın müzakirələrindən sonra media məkanına çıxan məlumat kütləsi üzərindən dövlət hakimiyyəti orqanlarının kəskin ittihamlara məruz qoyulması tam əsassızdır. Çünki bir qurumdan obyektivlik tələb edənlər, aşkarlanan büdcə pozuntuları, maliyyə intizamsızlığı, yaxud konkret qanunsuz hərəkətlərin barəsində təqdim olunan Hesabatı Hökumətin bütün fəaliyyətinin linç edilməsi üçün çirkli məqsədləri naminə istifadə edilə bilməz.  Söhbət cəza tədbirlərindən gedirsə, o haqda da konkret addımların atıldığına dair müfəssəl məlumatlar təqdim olunub. 
 
Nəzərə alaq ki, hesabatın maliyyə əhatəsi 8.3 milyard manat büdcə vəsaitinin auditini nəzərə tutduğundan və dövlət büdcəsinin 40 milyard manatdan çox olduğunu qeyd edərək, sənədi bütün dövlət orqanları üçün yol xəritəsi adlandıra bilərik. Çünki auditinin bütün büdcə vəsaitini əhatə edəcəyi təqdirdə pozuntuların qarşısının alınması imkanları daha böyük olardı, lakin dünyada belə praktika yoxdur. Çünki Palatanın ştat tərkibinin limiit var və biz ötən il müqayisəli təhlillə onun əməkdaşlarının sayının artırılmasını təklif etmişdik.

Hesabatda diqqətinizi cəlb etmək istəyimizi məqam qeyri büdcə fondları ilə bağlıdır. Bildiyiniz kimi, məhz cərimə və sanksiyalar əsasında formlaşan belə forndaların istər gəlir, istərsə də xərclərinin şəffaflığına dair ictimai fikirdə çoxlu suallara yaarnır. Ona görə də Paltanın fəaliyyətində getdikcə büdcə sisteminin təkmilləşdiirlməsinə dair irəli sürülən təklfilərin mütləq əksəriyyətini qəbul etmək Hökumətin fəaliyyətinə bütün növ maliyyə fəaliyyətinə dair aydın təsəvvür yaratmağa imkan verərdi.

İkinci mühüm məsələ, Qarabağa Böyük Qayıdış proqramın icra olunması ilə bağlıdır. Hər birimiz qürurla bəyan edirik ki, prezident İlham Əıiyevin liderliyi ilə azad olunan torpaqlarda yeni Vətən quruculuğu həyata keçirilir. Əlbəttə, cəmi bir dəfə həmin bölgələrə səfər edən insan hansı ağır şərtlərdən keçərək 100 minlərlə vətəndaşımızın doğma yurdlarına dönüşünün təmin olunduğun görə bilər. Ötən günlərdə Ağdamdan Xankəndinə, daha sonra Şuşaya gedərkən on minlərlə insanın, minlərlə texnikanın hansı miqyasda işləri gördüyünü yaxından müşahidə etmək həqiqətən təsirli hadisəydi. Bizə görə orada işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Müqəddəs əməyi tımsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməldiri, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır.

Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarına həqiqətən xüsusi təyinatlı bir ordu-silahsız tikinti briqadaları millətimizin gələcəyi üçün fədakar əməyini görürük. 

İnanırıq ki, müxtətif dövlət təltifləri də Yeni Vətən quruculuğunda çalışan insanlarımıza veriləcəkdir. Çünki onlar 44 günlük müharibədə qəhrəmanlıq göstərən oğullarımızın müqəddəs işlərini davam etdirirlər.