"Ümumiyyətlə Dağlıq Qarabağ üçün "Normand” formatını təşkil etmək faktiki olaraq münaqişənin həllinə gətirib çıxarmayacaq əksinə onu daha da mürəkkəbləşdirəcək”. Bunu SİA-ya millət vəkili Zahid Oruc Ukrayna böhranına dair Minskdə "Normand dördlüyü” çərçivəsində aparılan və yazılı anlaşma ilə başa çatan danışıqların Dağlıq Qarabağ münaqişəsinin həll perspektivi üçün də əhəmiyyətli sayıla bilərmi fikrinə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, "Normand” kvartetinə daxil olan ölkələr Ukrayna və Rusiyadır: "Hansı ki, indi onlar real dövlətlərarası toqquşmanın bir addımlığındadır. Baxmayaraq ki, Donbas regionunda gedən savaşı da həmin müharibənin tərkib hissəsi sayırlar. Amma real olaraq biri digərinə qarşı müharibə elan etmək dövründədirlər. Yerdə qalan Fransa və Almaniya isə tək Avropa Birliyinin maraqlarını deyil, eyni zamanda ABŞ-la sıx məsləhətləşmə xarakterində də addımlar atmaqdadır. Beləliklə məlum olur ki, post-Sovet məkanında faktiki olaraq bütün münaqişələrdə ATƏT-in Minsk qrupu mövcuddur. Hətta bir az da simvolik olaraq məna dərinliyinə getsək görəcəyik ki, ilk danışıqların başlanması və kontakt qrupunun formalaşması elə məhz Minsk şəhərində oldu. Z. Oruc hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni format axtarışlarında olmalıyıq: "Gəlin nəzərə alaraq ki, bütün hallarda qərar sonradan BMT-nin gic məlum təhlükəsizlik şurası üzvlərinin hesabına verilməlidir. Təbii ki, burada üç ölkə təmsil olunur. Yerdə isə Böyük Britaniya və Çin qalıb. Reallıq ondan ibarətdir ki, Azərbaycan məsələnin beynəlxalq beynənilləşməsi müstəvisində addımlar atmağın səmərəsini çox da qəbul etmir”.