“Azərbaycan səfirliyinə təhlükəsizlik əməkdaşının həlak olması ilə nəticələnən növbəti hücum xəbəri bizi sarsıtdı”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı sosial şəbəkə hesabında yazıb.
O, azərbaycanlı həmkarlarına başsağlığı verib və dəstək ifadə edib.
“Bu barədə daha sonra ətraflı şərh verəcəyik”, - deyə M.Zaxarova “Telegram” kanalında bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.