"Zəfər qalası" qəzetinin baş redaktoru Natella Asena xanıma ağır itki üz verib

Zəfər qalası" qəzetinin baş redaktoru Natella Asena xanıma ağır itki üz verib. Nəvəsi Zəhra Hacıyeva dünyasını dəyişib. Qarşıda parlaq gələcəyi görünən Hacıyeva Zəhra Vüqar qızının 19 yaşı var idi. Gənc olmasına baxmayaraq, Zəhra bala bilikli-bacarıqlı, təhsilli, necə deyərlər novator idi. Universitetə hazırlaşan abituriyentlərə ingilis dilindən dərs deyirdi... Təəssüf...

Zəhranın vaxtsız vəfatı bütün əzizlərini, tələbələrini, xüsusən də nənəsi Natella xanımı korun-korun yandırır. Bu hüznlü günlərdə başda Natella xanım Asena olmaqla, mərhumənin doğmalarına, əzizlərinə, yaxınlarına dərin kədər hissi ilə başsağlığı verir, Allahdan qəni-qəni rəhmət diləyirəm! Məkanı cənnət, ruhu şad olsun. Allah səbrinizi versin!

 

Bəradər Səməndərli

"Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru