Zelenski Xersona getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda səfərdədir.

Sabahinfo.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı döyüşçülər qarşısında çıxış edəcək.

Qeyd edək ki, noyabrın 11-də Ukrayna ordusu Xersona girmişdi. Bu, işğaldan sonra Zelenskinin həmin əraziyə ilk səfəridir.