"Əsrin fəlakəti" sayılan Kahramanmaraşda baş verən iki böyük zəlzələ minlərlə insanın ölümünə səbəb olub.
Sabahinfo.az xəbər verir ki, zəlzələdə 100-ə yaxın tanışını itirən Mustafa Argus yaşadıqlarını izah yerli KİV-ə danışıb.
"Öz qohumlarımı gözləyib dağıntılar altından çıxarmağa çalışdıq. Çıxardıq. Amma cəsədlərini...Allah heç kimə bu fəlakəti yaşatmasın. Mən və uşaqlarım psixoloji cəhətdən yaxşı deyilik. Ən xırda bir şeydən qorxuruq, hətta gecələr də. Belə bir psixoloji sarsıntı keçirməmişəm. Zəlzələni hər gün xatırlayıram".
Kayseridən olan Mustafa Kahramanmaraşa iş üçün gəlibmiş. Hadisənin baş verdiyi gün isə o məmləkətində olub.