İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Bakı, Moskva, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Qafqaza və Rusiyaya səfər etməyi planlaşdırıram. Adətən, mən elan etmirəm, amma Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərlərin tarixləri artıq müəyyənləşdirilib”, - deyə Zərif bildirib.
XİN rəhbəri vurğulayıb ki, Türkiyə ilə də danışıqlar aparılır. Dünən axşam həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.
"Dağlıq Qarabağ məsələsinin həllinə kömək etmək, bölgədə sülh və sabitlik yaratmaq üçün birlikdə işləyə biləcək ölkələrə səfər etmək niyyətindəyəm", - deyə İranın XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, Zərifin Moskvaya səfəri yanvarın 26-na nəzərdə tuulub.