Nail Dağlaroğlu - Məhəbbət üstünə məhəbbət gətir

2017-01-05 13:43:58 / 46841 dəfə oxunub
Həsənov Nail Mehralı oğlu 1976-çı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 1982-ci ildə həmin kəntdə N. İsgəndərov adına orta məktəbinin 1-ci sinifinə daxil olub, 1993-cü idə həmin məktəbin 11-ci sinifini bitirib. 1998-2000-ci illərdə hərbi xidmət keçıb. 1992-ci ildən şeir yazmağa başlayıb.



Dağlara (dodaqdəyməz) Yazıq dağlar necə dözsün dərdlərə? Hərə öz dərdini deyir dağlara. Soyuq da, yağış da, dolu da, qar da, Ordan açılanda dəyir dağlara.

Dağlar nədi?... sınıq könlü düzəldən, O gözəldi göz oxşayan gözəldən. Qucağında yaraşıqdır əzəldən, Hürkək gəzən ceyran, cüyür dağlara.

Nail Dağlaroğlu, nə dayan, nə dur, Nə ağır dərdə düş, nə özünü yor, Gözəl yerlərində şən alaçıq qur, Darıxanda sən də yüyür dağlara. 20.12.2016.

Dünya. Səni deyib sənə gələn canları, Dərdin ocağına qalama, dünya! Sevinci, şənliyi axtaranları, Acıya, ağrıya calama, dünya!

Ömrünə təzətər şəkər qatanın, Həsrəti hicranı başdan atanın, Təzəcə arzuya kama catanın, Sevgi aləmini talama, dünya!

Biçarə Naili, sən xoşhal eylə, Nə incit nə də ki qeylü-qal eylə. Həyatda hər kəsə doğru yol eylə, Çirkin əməllərə bulama, dünya!

Şirin arzular. Qadsın aldığım nazıl cananın, Tutam əllərindən öpəm üzündən. Üz-üzə, göz-gözə, dodaq-dodağa, Danışsaq doymaram şirin sözündən.

Bizə yetişəndə vüsalın dəmi, Başımızdan gedə hicranın qəmi. Baş qoyam dincələm bir yasdıq kimi, Zövq alam, həzz alam incə dizindən.

Səhər-səhər gələ eşqimiz cuşa, Əhdi-peymanımız qaynaya daşa. İkimiz bir yerdə verib baş-başa, Badələr qaldıraq eşqin camından.

Nail deyər bu sevgidən zövq alaq, Qaynayaq qarışaq bir qaba dolaq. Sevgi yollarında qoşa şam olaq, Od alaq alışaq eşqin közündən. 10.08.2016.

A dağlar! Sənnən biraz gileyliyəm, həm razı, Məni eşq oduna salan, a dağlar! Qoynunda sevdirib bir gözəl qızı, Sonradan əlimnən alan, a dağlar!

Səndə sevdim alagözlü yarı mən, Sənnən aldım qeyrəti mən, arı mən. Səndə gördüm boranı mən, qarı mən, Eşqimi eylədin talan, a dağlar!

Çox əzizsən dağlasanda sinəmi, Ötən çağlar qayıdacaq yenəmi? De neymədin o nazənin sənəmi?, Ayrılığa səbəb olan, a dağlar!

İməklədim səndə qoydum beşdəri. Bax belədi sevənlərin işdəri, Mən balana hey uzatdın neşdəri, Dağları sinəmdə qalan, a dağlar!

Ölənəcən qoy başına dolanım, Kərəm olum eşq oduna qalanım. Külüm düşsün çaylarında bulanım, Kaş olmasın sözüm yalan, a dağlar!

Nail deyər səndə qaldı arzilar, Yadımdadı yarım gələn bulaqlar. Gəzdirirsən bəlkə gələ o çağlar, Deyirsən, başıma dolan, a dağlar!

Səhər, səhər. Bir gözəl boylandı bir pəncərədən, Eləbildim gəldi yaz səhər-səhər. Maral kimi şux baxışlı nazənin, Könlümə satırdı naz səhər-səhər.

Görən hansı bəxtəvərə yarıydı, Sinəsində bir cüt qoşa narıudı. Yanağında dağ laləsi varıydı, Sınıq könlüm oldu saz səhər-səhər.

Dedim ki, gəl məni incidmə belə, Ömrümü verərsən bir xəzan yelə. Yaxın gəl qoy ömrüm dönməsin külə, Gəl incit Naili az səhər-səhər.

NƏ OLAR

Atginən dünyanın qəm-kədərini Sevdiyin insanı atma, nə olar. Məhəbbət üstünə məhəbbət gətir, Qəmi-qüssələrə çatma, nə olar.

Bağı-bağçan olsun süsəni-sübül, Bağında oxusun sevdiyin bülbül. Bəslə, yetir təri-qöncə qızılgül, Qara tikanları qatma, nə olar.

Ömrünü keçirtmə qəm qucağında, Sevgini yandırma dərd ocağında. Bir nazlı mələksən cavan çağında, Qəmlər qucağında yatma, nə olar.

Gəl qataq sevgini ikimiz birə, Xoşbəxtlik payını götürsün hərə. Uzat bu ömrümü, uzat bir kərə, Öldürüb gunaha batma, nə olar.

Nailin sözündən incimə barı, Gənclik əldən gedər, olarsan qarı. Axın et qəlbimə sevgidən yarı, Şirin yalanları satma, nə olar.

Sən. (divani) Calış dostum bu dünyada haqq yolundan dönmə, sən! Yananda da elə yanki tez alışıb sönmə, sən! Çalışki yaxşılıq eylə dosta, yada, tanışa, Bir pisliyin ucbatından alçaqlara enmə, sən!

Yaxşılıq et hər insana adın düşsün dillərə, Qazan elin məhəbbətin, sevgini ver ellərə. Aşsın, daşsın saf niyyətin ömrü vermə yellərə, Bu yollarda nə nazilmə, nə incəlib sınma, sən!

Nail deyər sınan könlü sağaltmaq çox çətindi, Könül var ki, tənələrdən sınan deyil mətindi. Yaxşı insan elə dayaq, əyilməz bir sütundu, Boş-boş yalan söyləyəni doğru, dürüst sanma, sən!

Çəkər. Yaxşı dostu ara-axtar, Dost adamı başa çəkər. Nanəcibdən uzaq dolan, Namərd səni daşa çəkər.

Gəl axtaraq bir-birini, Gedək gəzək yurd yerini. Bu dünyanın dərd-sərini, Əsil dostlar qoşa çəkər.

Nail dərdə sinə gərdi, Çətin gündə sına mərdi. Əsil dostnan oyna nərdi, Zər fırladıb şeşə çəkər.

Qadası. Xətrinə dəymişəm məni bağışla, Nədənsə təsadüf oldu, qadası. Sən küsüb gedənnən bütöv canımı, Qəmlər qucağına aldı, qadası.

Səninlə nə qədər xəyallar qurdum, Hər saat, hər dəyqə halını sordum. Özüm də bilmədən qəlbını qırdım, O üzdən gül rəngim soldu, qadası.

Unut olanları yenə gəl mənə, Danış əvvəlkitək yenə gül mənə. Nail möhtac qaldı bircə kəlmənə, Acı da söyləsən baldı, qadası. 10.05.2015.

Sevirəm səni, sevirəm səni!

İcazə ver deyim sözün doğrusu, Qoy olum üzündən busə oğrusu. Ürəyimin bəlkə keçə ağrısı, Qulaq as sözümə incitmə məni, Sevirəm, sevirəm, sevirəm səni.

Xumar baxışlara heyran olmuşam, Sənsizlikdən xəzan kimi solmuşam. Nə müddətdi mən də sənsiz qalmışam, Sənsiz çoxalıbdı saçımın dəni, Sevirəm, sevirəm, sevirəm səni.

Sən eşid Naili yaxın gəl gülüm, Sənsiz qalsam vaxtsız bükülər belim. İsti əllərinə gəl yetsin əlim. Dağıt xəyalımdan dumanı-çəni, Sevirəm, sevirəm, sevirəm səni.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws