18 min insanı çörəksiz qoyurlar

Onlayn ticarət bazarının nəhəng şirkəti Amazon 18 mindən çox işçisini ixtisar edəcəyini açıqlayıb. Amazon-un baş icraçı direktoru (CEO) Andy Jassy bu yöndə açıqlama verib. Şirkətin 18.000-dən çox işçini ixtisar etməyi planlaşdırdığını ifadə edən Jassy bəzi bölmələrin ixtisarlardan təsirlənəcəyini, ​​işdən çıxarılanlara təzminat və müvəqqəti tibbi sığorta haqlarının ödənilməsi kimi bir sıra dəstəyin olacağını qeyd edib. Xatırladaq ki, 2022-ci ilin noyabr ayında şirkət kütləvi ixtisarlara başlayacağını elan edib. 2022-ci ilin sentyabr ayına olan məlumata görə, Amazon-un milyon yarım işçisi var.

Elnarə Həziyeva
SABAHİNFO.AZ