Övladları şəhid olan yerlərə ailələri gəldi - Foto

Şəhid ailələri Şuşaya səfər edib.

Sabahinfo.az xəbər verir ki, onlar övladları şəhid olan yerləri görüblər.

Ziyarətçilər arasında Şuşada şəhidlik zirvəsinə yüksələn İlkin Məmmədov, Elçin Həsənli, Elvin Əlimərdanov, Fərid İlyasov, Babək Allahverdiyev və digər şəhidlərin ailə üzvləri olub.

Şəhid ailə üzvləri səfər çərçivəsində Cıdır düzü, Şuşa qalası, Natəvanın ev muzeyini ziyarət ediblər.