2023-cü il Azərbaycan üçün tarixi il oldu

“2023-cü il Azərbaycan üçün tarixi il oldu”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan 2023-cü ildə suverenliyini tam bərpa etdi. 2023-cü ilə Fizuli şəhərində ilk məskunlaşma həyata keçirildi. 2023-cü il qeyri-neft sektorunun drayver rolunu oynaması ilə yadda qaldı.

Deputat bildirib ki, valyuta ehtiyatlarımızdakı artım tempinin qoruyub saxlanması müsbətdir: “Büdcə xərclərinin 947 milyon manatı iki istiqamətdə, müdafiənin gücləndirilməsinə və işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönləndirilib”./bakivaxti.az