Aeroport yolunda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Sabahinfo.az-a bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.