Ağdaşlılar uğurlu siyasətə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Ağdaş rayonun Ləki qəsəbəsində və Güvəkənd kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov və təşviqat qrupunun üzvləri Sevgili İbrahimova, Könül Musayeva çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, müasir Azərbaycan güclü dövlətdir və müstəqil iqtisadiyyata malikdir. Bütün bunların əsasında cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən siyasət dayanır. 7 fevralda keçiriləcək prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin həyatında yeni mərhələnin başlanğıcı olacaq və hər bir seçicinin bu seçkilərdə iştirakı zəruridir.

Görüşdə çıxış edən seçicilər Azərbaycanın tərəqqisi naminə 7 fevralda keçiriləcək prezident seçkilərində xalqın Lideri İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.