Ağsu şəhərində seçicilərlə görüşlər davam edir

2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də  Ağsu şəhəri H.Aslanov və S.Vurğun küçələrində seçicilərlə fərdi görüşlər keçirilib.
Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, təşviqat qrupunun üzvləri İslam Bəhrəmov və Sanif Həsənov çıxış ediblər.

Çıxış edənlər  seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində fevralın 7-də ailə üzvləri ilə birlikdə seçki məntəqələrinə gedərək Qalib Xalqın Qalib Liderinə səs verəcəklərini bildiriblər.