“Akınçı" PUA-ları Azərbaycana təhvil veriləcək” - Bayraktar

“Çox yaxın zamanda “Akınçı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək”.

Sabahinfo.az xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akınçı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.