AMEA alimləri Şuşa səfəri ilə aldadıb? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası alimlərin Şuşa səfəri ilə aldadılması məsələsinə münasibət bildirib.

Sabahinfo.az xəbər verir ki, məlumatda deyilir:

"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur".