Anası ilə birlikdə avtovağzalda olan gənc yoxa çıxdı

Bakıda 15 yaşlı oğlan itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, hadisə avqustun 23-də Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb.

Belə ki, anası ilə birlikdə avtovağzalda olan 2008-ci il təvəllüdlü Hacıağa Nəsimi oğlu İbayev anidən qadının yanından ayrılaraq çıxıb gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.