AQSİA-nın nümayəndə heyəti İzmirdə Biznes Forumda iştirak edib - FOTO

28-30 yanvar 2024-cü il tarixlərində Türkiyənin İzmir şəhərində Əhməd Adnan Saygun İncəsənət Mərkəzində mindən artıq yerli və beynəlxalq şirkətlər, müəssisələr, o cümlədən türk dövlətlərindən Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qırğızstan və Türkiyənin müxtəlif şəhərlərindən də iş adamları, ictimaiyyət nümayəndələri və elm sahəsindən olan mütəxəssislərin iştirak etdiyi "MİDOFMED” Biznes Forumu keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin keçirilməsinin əsas məqsədi tarixi liman şəhəri olan İzmirdə, Aralıq dənizi və Xəzəryanı ölkələrindən olan iş adamlarını bir araya toplayaraq gələcək perspektivlərin müzakirə edilməsi, ticarət həcminin artırılması və beynəlxalq əlaqələrin qurulması olub.

 29 yanvar 2024-cü il tarixində İZİKAD-ın İdarə Heyətinin sədri Betül Sezgin tədbiri rəsmi açaraq forumun əhəmiyyətindən bəhs edib.

Sammit boyu keçirilən sessiya və panellərdə Aralıq dənizinin aparıcı adları stimullaşdırıcı məruzəçi kimi iştirak edərək, B2B görüşlər zamanı beynəlxalq təşkilatlar və şirkətlərlə, Aralıq dənizi Ticarət və Sənaye Palataları Assosiasiyası (ASCAME), Birlik Aralıq dənizi (UfM), Avropa Ticarət və Sənaye Palataları İttifaqı (EUROCHAMBERS) kimi qurumların yüksək səviyyəli nümayəndələri ilə görüşmək və sıx əlaqələr qurmaq imkanı əldə ediblər.

Forumun növbəti günü 30 yanvar 2024-cü il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva “Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatına inteqrasiya” adlı paneldə spiker qismində çıxış edib.

Forum - B2B görüşlər və panel müzakirələri ilə davam edib.

Forumda AQSİA Türkdilli xalqların sahibkar qadınlarının inkişafında göstərdiyi xidmətlərə görə “Artemis” mükafatına layiq görülüb. 

Forum BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8 və 11-ci bəbdlərinə uyğundur.