"Avroviziya" mahnımız təqdim olundu -VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində Fahree ( Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edəcək. 

Sabahinfo.az-ın məlumatına görə, yarışmada səslənəcək mahnı təqdim olunub. Təqdim edilən video çarxda Fahree və İlkin yer alıblar.

"Gəl özünlə apar" adlı mahnıda diqqət çəkən məqam Azərbaycan dilində sözlər olması olub. 

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.