Azad edilən ərazilərdə daha 94 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.01.2024 - 04.02.2024) açıqlanıb.

ANAMA-dan Sabahinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəıbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 78 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 150 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 336,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.