Azay Quliyev seçicilərilə növbəti görüşünü keçirib

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov adına parkda seçiciləri ilə növbəti görüşünü keçirib.

Seçicilər onlara məxsus mənzilə və qaraja görə kompensasiyanın ödənməsində yaranan çətinliklər, məşğulluq və Mənzil Tikinti Kooperativləri ilə bağlı problemləri deputatın diqqətinə çatdırmışlar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər. Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov iştirak edib.