“Azərbaycan Dili – Varlığımızın möhürü!” adlı layihənin sertifikat təqdimatları həyata keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən  “Azərbaycan Dili – Varlığımızın möhürü!” adlı layihənin sertifikat təqdimatları həyata keçirilib.     

  Layihə çərçivəsində   11   iyun 2024-cü  il   tarixində   Bakı  şəhəri, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində  yerləşən   Fərrux Mehdiyev adına  Qubadlı rayonu Qaralar kənd orta məktəbində  və Sabunçu rayonunda yerləşən Vüqar Ağayev adına Qubadlı rayonu Xanlıq kənd orta məktəbində  tədbirlərin və inşa müsabiqəsinin nəticələrinə uyğun olaraq sertifikat təqdimatları həyata keçirilib.       Təqdimatın  açılış mərasimində çıxış edən layihə rəhbəri  Namiq İnşallahoğlu  layihənin donoru  və   onu həyata keçirən təşkilat haqqında ilkin məlumatları verdi.               

Daha sonra çıxış üçün söz Azərbaycan dili və ədəbiyyatı üzrə pedaqoq Sevinc Əliyevaya verildi. O da öz növbəsində dilimizin saflığının əhəmiyyətindən, zənginliyindən ,qorununb saxlanılmasından və gələcək nəsilə sağlam ötürülməsindən danışaraq yoxlanılan  inşa materialları və müsabiqənin  nəticəsi haqqında ilkin   məlumatı verdi.Təlim-tədbirlərdə və inşa müsabiqəsində fəallıq göstərən şagirdlər sertifikatlarla təltif olundular. Tədbirin yekunu olaraq məktəb rəhbərliyi bu milli mənəvi mövzuya həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Qubadlı rayonu İcra Hakimiyyətinin başçısı   cənab  Malik İsaqova  və “Sosial İslahatlara Dəstək” İB-nin  nümayəndələrinə dərin təşəkkürünü  bildirdi.Sonda  təltif olunan şagirdlərlə xatirə şəkilləri  çəkildi.