Türkiyəli sosial media fenomeni Dilan Polat və Engin Polatın mühakimə olunduğu çirkli pulların yuyulması işində məhkəmə qərar verib.
Sabahinfo.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, həbsdə olan 4 şübhəli - Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və Ahmet Günün azadlığa buraxılmasına qərar verilib.
Qeyd edək ki, 1 noyabr 2023-cü il tarixindən etibarən mərkəzi İstanbul olan 6 vilayətdə həyata keçirilən əməliyyatlarda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu 24 şübhəli saxlanılıb.
İstintaq çərçivəsində Dilan Polat, Engin Polat və Sinem Sıla Doğu da daxil olmaqla şübhəlilərdən 16-sı həbs edilib, hakim 27 şirkətə qəyyum təyin edilməsinə qərar verib.
Dilan Polatın vəkili Sevinç Horoz avqustun 19-da Anadolu 8-ci Ağır Cəza Məhkəməsinə həbs qərarı ilə bağlı etiraz ərizəsi təqdim edib. Bu çərçivədə Dilan Polatın azadlığa buraxılmasına qərar verilib.