Milli QHT Forumu: Bu post ləğv edildi, yeni rəhbər seçildi - YENİLƏNİB

Bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib.

Adalet.az xəbər verir ki, qurultayda Forumun nizamnaməsinə dəyişikliklər edilib və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunub.

Qurultayda Forumun 5 nəfərdən ibarət İdarə Heyəti seçilib.

İdarə Heyətinə "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva və "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva üzv seçilib.

Köhnə rəhbərlikdən Rauf Zeyni ((Milli QHT Forumunun prezidenti) başda olmaqla heç biri İdarə Heyətinə namizədliyini irəli sürməyib.

Daha sonra İdarə Heyətinin üzvləri öz aralaında sədr seçiblər. Nəticədə Ramil İskəndərli Milli QHT Forumu İdarə Heyətinin sədri seçilib.

Foruma rəhbərliyi yeni formalaşdırılan İdarə Heyətinin sədri edəcək.

Quruldayda Forumun 3 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası da seçilib.

 

***

Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir.

Sabahinfo.az xəbər verir ki, bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayında nizamnaməyə dəyişikliklər ediləcək və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunacaq.

Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Forumun 5 nəfərdən ibarət İdarə Heyəti olacaq.