"Azərbaycan tarixində ən parlaq gün Azadlıq meydanında Zəfər paradının keçirilməsidir"

Hər bir xalqın tarixində unudlmaz yadda qalan günlər vardır. Azərbaycan tarixinə nəzər saldıqda görərik ki, vətənimiz və millətimiz adına ən parlaq gün Azadlıq meydanında Zəfər paradının keçirilməsidir. 

44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin məntiqi sonluğu kimi 10 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev və  qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bütün dünyaya səs salan Zəfər paradı baş tutdu. Bu parad illərdir, haqqı tapdalanmış, xain düşmən tərəfindən hiyləgərcəsinə məhv etmək istədiyi xalqın yenidən doğuluşu, qüvvəsini bir yerə toplayaraq istənilən qarşı qüvvənin başını əzməyə qadir olan ordunun qələbə nümayişi idi. 

Məhz bu ordunun, bu millətin, bu birliyin, bu iradənin nəticəsi idi ki, ölkə rəhbərimiz Ermənistan hakimiyyətini kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müharibə üç istiqamətdə aparılır. Müharibə meydanı, Siyasət və iqtisadiyyat! Hər üç istiqamətdə İlham Əliyevin yürütdüyü uğurlu siyasət bizim qələbəmizi təmin etdi. Cənab prezidentin söylədiyi kimi “İndi azad olunmuş torpaqlarda onun əsl sahibləri daim yaşayacaq, qurub yaradacaqlar! Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub”.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın qalib Ali Baş Komandan!

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı