Azərbaycan Türkiyə-Ermənistan dialoqunun müsbət potensialını görür

Azərbaycan Türkiyə-Ermənistan dialoqunun müsbət potensialını görür. Düşünürük ki, bu cür əməkdaşlığın yaxşı perspektivləri ola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) Tbilisidə təşkil etdiyi beynəlxalq konfransda söyləyib.

Mərkəz rəhbəri deyib ki, sülh naminə daha çox addımların atılması gələcəkdə çox vacib nəticələr, eləcə də Cənubi Qafqazın geosiyasi aktorlar tərəfindən istifadə olunmayacağına zəmanət verəcək.